ABŞ Müdafiə Nazirliyi Harvardla elmi əməkdaşlığı dayandırır
ABŞ Müdafiə Nazirliyi elit Harvard Universitetilə elmi və təhsil əməkdaşlığını dayandırır. Oxuməni.az-ın məlumatına görə, bu barədə Pentaqon rəhbəri Pit Heqset şənbə günü X mikrobloqunda elan edib.
O, bu qərarı "Harvard "vokizm"i bölüşür, müharibə nazirliyi isə bölüşmür" (Donald Tramp administrasiyası tərəfindən dövriyyəyə buraxılmış ABŞ Müdafiə Nazirliyinin alternativ adı. - Red.) əsaslandırıb.
“AFP” agentliyinin xatırlatdığı kimi, Harvard və ABŞ-ın digər elitar ali təhsil müəssisələri ötən ildən bəri ölkə prezidenti Donald Trampın administrasiyasının güclü təzyiqi altındadır, hansı ki, onları solçu ideologiyaya həddindən artıq sadiq olmaqda ittiham edir. "Bu nazirlik (ABŞ Müdafiə Nazirliyi. - Red.) çox uzun müddət ən yaxşı və ən ağıllı zabitlərini Harvardda göndərirdi, bu universitetin ordumuzu daha yaxşı başa düşəcəyi ümidi ilə. Bunun əvəzinə isə, bir çox zabitlər başları qlobalist və radikal ideologiya ilə dolu olaraq qayıtdılar ki, bu da ordumuza fayda gətirmədi", - deyə Heqset bildirib.
Qeyd olunur ki, Pentaqonun Harvardla əməkdaşlığı 2026/2027-ci tədris ilinin əvvəlinə qədər dayandırılacaq, beləliklə, hazırda orada təhsil alan hərbi qulluqçular kursu tamamlaya biləcəklər.
İndiyə qədər ABŞ Müdafiə Nazirliyi hərbi qulluqçuları hərbi elmlər sahəsində təhsil almaq üçün təqaüd və digər proqramlar vasitəsilə Harvardda göndərirdi. Heqsetin qeyd etdiyi kimi, ABŞ Müdafiə Nazirliyi "Ivy League"in digər universitetləri ilə əməkdaşlığın məqsədəuyğunluğunu yoxlayacaq. Bu, xüsusilə beynəlxalq elmi mükafatlarla zəngin olan ABŞ universitetlərinə aiddir. Onlara, o cümlədən, Prinston və Yel universitetləri daxildir.
Hazırda ABŞ hökuməti və Harvard Universiteti dondurulmuş tədqiqat qrantları ilə bağlı məhkəmə çəkişməsi aparır. Fevralın 1-də ABŞ hökuməti ali təhsil müəssisəsindən 1 milyard dollar (təxminən 1 milyard 700 milyon manat-Red.) "zərərin kompensasiyası" tələb edib.
Almaz Həsənli
































































.jpg)
.jpg)
.jpg)















