Vəliəhdin Trampa İranla bağlı məsləhəti: İlanın başını kəsin

Vəliəhdin Trampa İranla bağlı məsləhəti: İlanın başını kəsin

12:26
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ, İsrail və İran arasında müharibə davam etdikcə, Ağ Ev Prezident Donald Trampın ərəb liderləri, xüsusən də Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanla tez-tez görüşdüyünü təsdiqlədi.

Oxuməni.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rəsmilər görüşlərdə İrana sərt hərbi təzyiqin davam etdirilməsinin vacibliyini müzakirə etdiklərini qeyd edərək, bu yanaşmanın illər əvvəl mərhum Səudiyyə Kralı Abdullahın Vaşinqtona verdiyi və "İlanın başını kəsin" kimi xülasə edilən məsləhəti xatırlatdığını əlavə etdilər.
Ağ Ev rəsmilərinin sözlərinə görə, Tramp İranla davam edən müharibə zamanı bölgədəki müttəfiqləri ilə fəal şəkildə ünsiyyət qurur. Xüsusilə, müharibənin gedişi, İranın hərbi imkanları və regional təhlükəsizlik məsələləri Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla görüşlərdə müzakirə olunur. Belə görüşlərdən birində vəliəhd Məhəmməd bin Salman İranla bağlı Trampa deyib: "İlanın başını kəsmək lazımdır".

Vaxtı ilə mərhum Səudiyyə Kralı Abdullah da ABŞ-ın yüksək səviyyəli dövlət rəsmilərinə, o cümlədən adı çəkilən ölkəni idarə edənlərə demişdi ki, "İran ilandır. İlanın başını kəsmək lazımdır".

Əziz MUSTAFA