"Artemis-2" missiyasının ekipajı Yerə qayıtmağa başlayıb

"Artemis-2" missiyasının ekipajı Yerə qayıtmağa başlayıb

10:22
Bəyəndim (1) Bəyənmədim (0)


Amerika Milli Aeronavtika və Kosmos Tədqiqatları İdarəsi (NASA) çərşənbə günü, aprelin 6-sı axşam saatlarında bildirdi ki, "Artemis-2" pilotlu missiyasının ekipajı Yerə qayıdır. Bu barədə Oxuməni.az “Deutsche Welle”yə istinadla xəbər verir.
"Şərq vaxtı ilə saat 21:35-də (Bakı vaxtı ilə 05:35 - Red.) "Artemis-2" missiyasının ekipajı Ayı müşahidə dövrünü başa vurdu və indi evə qayıtmağa başlayır", - məlumatda deyilir.
Astronavt Kristina Kox NASA-nın yayımı zamanı həmçinin bildirib ki, "Artemis II" missiyasının ekipajı Ay ətrafında uğurlu uçuş həyata keçirib və insan tərəfindən kosmosda indiyə qədər ən uzaq məsafədə qalma rekordunu müəyyən edib. Daha əvvəl astronavtlar Yerdən 407 000 km uzaqlaşaraq, 1970-ci ildə "Apollon-13" missiyası zamanı müəyyən edilmiş rekordu qırmışdılar.
"Orion" gəmisi aprelin 1-də ABŞ-ın şərq sahilindən start götürüb. Gəmidə NASA astronavtları Rid Uaysmen, Viktor Qlover və Kristina Kuk, həmçinin Kanada Kosmos Agentliyinin astronavtı Ceremi Hansen var. Ekipaj planetimizin təbii peykini dövrə vurmalı və Yerə qayıtmalı idi. Missiya iştirakçıları, digər şeylərlə yanaşı, altı günə qədər avtonom rejimdə nəfəs almağı təmin edə bilən yeni skafandrları sınaqdan keçirdilər.
Almaz Həsənli