Prokurorlar narkotik işində Türkiyə məşhurlarının test nəticələrini açıqlayıblar
Türkiyədə prokurorlar narkotik araşdırması çərçivəsində məşhurlardan götürülmüş saç və qan nümunələri üzərində aparılan testlərin nəticələrini açıqlayıblar, A Haber xəbər verir.
Aktyor Burak Deniz, aktrisa Serra Pirinç və blogger Enes Gülərdən götürülmüş nümunələrdə marixuana və kokain izləri aşkar edilib. Müğənni Utku Ünsalın marixuana, müğənni Simge Sağın isə dərman maddələri tapılıb.
Prosesdən sonra bəzi təqsirləndirilən şəxslər azadlığa buraxılıb. Bunlara Hafsanur Sancaktutan, Serra Pirinç, Utku Ünsal, Mert Demir, Emre Öztürk və reper Norm Ender daxildir. Burak Deniz, Elif Büşru Pekin, Emir Can İgrek, Ogün Alibaş və Enes Güler məhkəmə nəzarəti altında azadlığa buraxılıblar.
Yanvar ayında aktyor Oktay Kaynarcu (Kurtlar Vadisi) bu işlə əlaqədar həbs edilib, 2025-ci ilin oktyabr ayında isə istintaqda aktrisalar Birce Akalay (Ağ-qara sevgi), Ceren Moray (Kədərli Çiçəklər) və aktyor Metin Akdülger (Möhtəşəm Əsr: Kösem İmperiyası) adı çəkilib. Son aylarda təqsirləndirilən şəxslər arasında Beşiktaş futbol klubunun keçmiş prezidenti Fikrət Orman, Qalatasarayın keçmiş prezidenti Burak Elmas, iş adamları Hakan və Kərim Sabancı, modellər Didem Soydan və Güzide Duran da var.
7 apreldə Türkiyənin əyləncə sənayesində doqquz tanınmış şəxs işlə əlaqədar həbs edilib.
Əziz MUSTAFA



















































































