Türkiyə: Aİ ABŞ-a alternativ olaraq Türkiyəni nəzərdən keçirir

Türkiyə: Aİ ABŞ-a alternativ olaraq Türkiyəni nəzərdən keçirir

15:38
Bəyəndim (2) Bəyənmədim (0)


Keçmiş türk səfirləri qeyd edirlər ki, hazırda Avropa ABŞ-ın Almaniyadan qoşunlarını çıxarmaq niyyətini elan etməsi və NATO-dan çıxmaq ehtimalı barədə bəyanatından sonra təhlükəsizlik sahəsində ABŞ-a alternativ axtarır.
Oxuməni.az xəbər verir ki, "Türkiyə" qəzeti, keçmiş səfirlər Üluç Özülker və Fatih Ceylanın sözlərinə istinadən yazır ki, Avropa İttifaqının Türkiyə ilə təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməkdən başqa çarəsi yoxdur.
Üluç Özülkerin fikrincə, Türkiyə və Böyük Britaniya arasındakı strateji tərəfdaşlıq haqqında razılaşma Avropa təhlükəsizliyi məsələsində real ehtiyaclara birbaşa cavab verir.
"Türkiyənin hərbi potensialı və Böyük Britaniyanın qlobal təcrübəsi bu tərəfdaşlığı digərlərindən fərqləndirir", - deyə o, Türkiyənin sürətlə inkişaf edən müdafiə infrastrukturuna işarə edərək bildirib.
Özülker həmçinin Türkiyənin coğrafi mövqeyinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, Ankaradan Avropa təhlükəsizlik sisteminin kənarlaşdırılması məqsədəuyğun deyil. Keçmiş səfir əlavə edib ki, Avropada yeni qüvvələr balansı qurulduğu üçün Türkiyənin rolu göz ardı edilə bilməz.
Almaz Həsənli