Dünyanın ən böyük dirsəksiz (spitsiz) Ferris çarxı Şanxayda inşa ediləcək
Hündürlüyü 228 metr olan dünyanın ən böyük dirsəksiz (spitsiz) Ferris çarxı (“şeytan çarxı”) Şanxayın şimal-şərqində inşa ediləcək. Oxuməni.az xəbər verir ki, “Jiefang Daily” qəzetinin məlumatına görə, tikinti 2026-cı ilin sonlarında başlayacaq.
"Şanxay Tağı" adlanan attraksion, Wusongkou Beynəlxalq Kruiz Terminalından uzaq olmayan, Yantszı çayı deltasının yaxınlığındakı şimal Baoshan rayonunda planlaşdırılır. Ferris çarxı yaxınlıqdakı görməli yerlərlə inteqrasiya olunacaq.
Layihə 2 milyard yuana (293 milyon dollara) başa gələcək.
Hazırda dünyanın ən böyük dirsəksiz (spitsiz) Ferris çarxı "Bohai Gözü" adlanır və Çinin şərqindəki Şandun əyalətində yerləşir. Hündürlüyü 142,52 metrdir. Kabinələr stasionar halqa formalı bir quruluşun xarici konturu boyunca hərəkət edir.
Xatırladaq ki, Bakı bulvarındakı 60 metrlik diametrli "Şeytan çarxı" attraksionunu Hollandiya şirkəti “Dutch Wheel” tərəfindən 2014-cü ildə quraşdırıb. 28 adi və daha rahat oturacaqlarla və stolla təmin edilmiş 4 VİP kabinədən ibarətdir. Attraksiona eyni vaxtda 240 sərnişin yerləşə bilir.
Almaz Həsənli






















.jpg)
.jpg)
.jpg)




























.jpg)
.jpg)
.jpg)




























