Avroviziya 2026: İlk yarımfinalda on finalçı müəyyənləşdi
12-13 may gecəsi Avstriyanın Vyana şəhərində keçirilən 2026-cı il Avroviziya Mahnı Müsabiqəsinin ilk yarımfinalında qələbə uğrunda mübarizəni davam etdirəcək on finalçı seçildi.
Tədbirdə Böyük Finala vəsiqə qazanmaq üçün 15 iştirakçı mübarizə apardı. Tamaşaçıların və münsiflər heyətinin səsverməsinə əsasən, aşağıdakı ölkələrin nümayəndələri finala vəsiqə qazanıblar:
Yunanıstan (Akylas – Ferto),
Finlandiya (Linda Lampenius x Pete Parkkonen – Liekinheitin),
Belçika (ESSYLA – Buzda Dancing),
İsveç (FELICIA – My System),
Moldova (Satoshi – Viva, Moldova!),
İsrail (Noam Bettan – Michelle),
Serbiya (LAVINA – Kraj mene),
Xorvatiya (LELEK – Andromeda),
Litva (Lion Ceccah – Sólo Quiero Más),
Polşa (ALICJA – Pray).
Bu arada, Portuqaliyadan (Bandidos do Cante – Rosa), Gürcüstandan (Bzikebi – On Replay), Monteneqrodan (Tamara Živković – Nova Zora), Estoniyadan (Vanilla Ninja – Too Epic To Be True) və San Marinodan (Senhit feat. Boy George – Superstar) iştirakçılar ən az səs toplayaraq bu mərhələni keçə bilməyiblər.
İkinci on finalçı 14 may tarixində keçiriləcək ikinci yarımfinalda müəyyənləşəcək. Müsabiqənin təsisçi ölkələri: Fransa, Almaniya, İtaliya, Birləşmiş Krallıq və Avstriya sonuncu Avroviziya Mahnı Müsabiqəsi 2025-in qalibi kimi avtomatik olaraq finala vəsiqə qazanacaqlar.
70 illik yubiley Avroviziya Mahnı Müsabiqəsi 2026 Vyanada keçirilir. Böyük Final 16 may tarixində Avstriyanın ən böyük qapalı arenası olan Wiener Stadthalle-də keçiriləcək.
Əziz Mustafa













.jpg)
.jpg)
.jpg)



















































.jpg)
.jpg)
.jpg)














