Qazaxıstan Qızıl Orda dövlətinin şərəfinə gümüşdən hazırlanan və üzü qızılı tozla örtülən tarixi sikkə buraxıb
Qazaxıstan Milli Bankı (QMB) Qızıl Ordanın tarixi irsinə həsr olunmuş "Altyn Orda" kolleksiya sikkəsinin buraxıldığını elan etdi. Oxuməni.az xəbər verir ki, bu barədə Qazaxıstan Milli Bankı (QMB) mətbuat xidmətinin yaydığı məlumatda deyilir..
Sikkələr qızıl örtüklü 925 əyarlı gümüşdən hazırlanıb. Hər bir sikkənin nominalı 2000 tenge (4 dollar) təşkil edir. Bankın bildirdiyinə görə, satışın başlama tarixi barədə məlumat QMB-nin rəsmi saytında yerləşdiriləcək.
QMB-nin bəyanatında deyilir: "Sikkə Qazaxıstan Respublikası ərazisində bütün ödəniş növləri üçün nominal dəyəri ilə qəbul edilməsi məcburidir". Tənzimləyicinin məlumatına görə, sikkə Qazaxıstan Zərbxanasında zərb edilib.
Milli Bank izah etdi ki, Qızıl Ordanın XIII-XV əsrlərdə geridə qoyduğu tarixi irs müasir Qazaxıstan ərazisi də daxil olmaqla Avrasiya xalqlarının dövlətçiliyinin və mədəni kimliyinin formalaşmasında mühüm yer tutur.
Əziz MUSTAFA















.jpg)

.jpg)


































































