Qazaxıstan Prezidenti Tokayev: "Türk Dövlətləri Təşkilatı geosiyasi layihə deyil"

Qazaxıstan Prezidenti Tokayev: "Türk Dövlətləri Təşkilatı geosiyasi layihə deyil"

07:48
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) geosiyasi layihə və ya hərbi təşkilat olmadığını bildirdi.

"Son zamanlar birliyimizi hərbi ittifaq kimi xarakterizə edən fikirlər səsləndirilib. Aydındır ki, bu cür fərziyyələr ifadə edənlər pis niyyətlər güdür və nifaq salmağa çalışırlar. Qazaxıstan belə bir mövqeyi rədd etməyi zəruri hesab edir", - deyə Tokayev Türküstanda keçirilən qeyri-rəsmi TDT sammitində çıxış edərkən bildirib.

"Türk Dövlətləri Təşkilatı geosiyasi layihə və ya hərbi təşkilat deyil. Bu, qardaş ölkələr arasında ticarət, iqtisadi, yüksək texnologiyalı, rəqəmsal, mədəni və humanitar əməkdaşlığı gücləndirməyə yönəlmiş unikal platformadır", - deyə o qeyd edib.

Tokayev əlavə edib ki, bu mövqe Qazaxıstan üçün "vacib prioritet"dir və "milli maraqlar baxımından açıq-aydın təsirlidir".

Türk Dövlətləri Təşkilatı (əvvəllər Türk Şurası) Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan kimi türkdilli dövlətləri birləşdirən beynəlxalq təşkilatdır. Təşkilatın müşahidəçi ölkələri arasında Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası var.

Təşkilatın bəyan edilən məqsədi "türk dövlətləri arasında qarşılıqlı etimad atmosferini gücləndirmək, siyasi həmrəyliyi artırmaq, iqtisadi və texniki əməkdaşlığı inkişaf etdirmək və dərinləşdirmək, eləcə də türk dünyasının tarixi və mədəni irsinin qorunmasını və populyarlaşdırılmasını təmin etməkdir".

Əziz Mustafa