FT: Dünyada doğuşun azalması smartfonların və 4G-nin yayılması ilə üst-üstə düşüb

FT: Dünyada doğuşun azalması smartfonların və 4G-nin yayılması ilə üst-üstə düşüb

13:23
Bəyəndim (1) Bəyənmədim (0)

Dünyada doğuşun azalması smartfonların və 4G mobil internetinin populyarlığının artması ilə eyni vaxta təsadüf edib. Oxuməni.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb.

Bu qənaətə ekspertlər əhalinin sayı və Google axtarışları statistikalarının təhlili əsasında gəliblər. Onların fikrincə, dünyada doğuşun azalmasının müxtəlif səbəbləri var, lakin bu göstərici xüsusilə smartfonların və 4G-nin yayıldığı dövrdə əhəmiyyətli dərəcədə aşağı düşüb. Mütəxəssislər qeyd ediblər ki, bu, gəlir səviyyəsindən, mədəni xüsusiyyətlərdən və demoqrafik siyasətdən asılı olmayaraq bütün ölkələrə təsir edib.

Daha əvvəl 4G internetinin tətbiq olunduğu regionlarda doğuş daha sürətli və əhəmiyyətli dərəcədə azalıb. Sinsinnati Universitetinin məlumatına görə, xüsusilə yeniyetmə analıq halları kəskin azalıb. Tədqiqatçılar bunun smartfonların təsiri altında gənclərin ünsiyyət tərzinin dəyişməsi ilə əlaqəli olduğunu düşünürlər: canlı ünsiyyət azalıb, onlayn keçirilən vaxt isə artıb.

Ekspertlər bildirirlər ki, doğuşun və uşaqların sayının azalması müvəqqəti olaraq iqtisadiyyata olan yükü yüngülləşdirib. Bununla belə, yaxın illərdə vəziyyət dəyişəcək. Gözlənilir ki, 2033-cü ilə qədər bu tarazlıq minimuma çatacaq, ondan sonra isə işləyən əhaliyə olan yük artmağa başlayacaq.

Almaz Həsənli