ABŞ Polşanı ölkədəki Amerika qoşunlarının sayını azaldacağı ilə bağlı xəbərdar edib

ABŞ Polşanı ölkədəki Amerika qoşunlarının sayını azaldacağı ilə bağlı xəbərdar edib

14:17
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ Polşadakı Amerika qoşunlarının sayını azaldacaq. Oxuməni.az xəbər verir ki, bu barədə “Politico” bir mənbəyə istinadən məlumat yayıb.

Azaltmanın miqyası bəlli deyil. "Azaltmanın miqyası medianın xəbər verdiyi qədər əhəmiyyətli olmaya bilər, amma biz də bu məlumatı almışıq", - deyə Polşa Ordusunun Baş Qərargah rəisi general Vislav Kukulaya yaxın mənbə bildirib.

Amerikanın "Army Times" nəşri 13 mayda ABŞ-ın 4000-dən çox əsgərdən ibarət zirehli briqadanın yerləşdirilməsini ləğv etdiyini bildirib. Briqadanın doqquz ay ərzində Polşaya yerləşdiriləcəyi gözlənilirdi və bəzi qoşun və texnika artıq yola düşüb.

"Politico"nun məlumatına görə, bu xəbər Polşa hərbçilərini təəccübləndirib. Onlar bu barədə mediadan məlumat əldə ediblər, çünki "Politico"nun mənbələrinə görə, 11 və ya 12 mayda göndərilən ABŞ xəbərdarlığı general Kukulanın məxfi elektron poçtunda ilişib qalıb. Baş Qərargah rəisi bu məlumatı yalnız Amerika mediasının xəbərindən sonra tabeliyindəkilərə ötürüb.

Polşa müdafiə naziri Vladislav Kosiniak-Kamış 14 mayda bildirib ki, ABŞ generalı Aleksus Qrinkeviç ona yerləşmələrin dayandırılmasının Polşadakı Amerika qoşunlarının sayının azalması demək olmadığına zəmanət verib.

Polşada rotasiya əsasında 10 mindən çox Amerika əsgəri yerləşdirilib.

Almaz Həsənli