Çin iqtisadiyyatı yavaşlama əlamətləri göstərir
Ötən ay Çində istehlak xərcləri və fabrik istehsalı son illərdə ən yavaş tempdə artıb. Oxuməni.az “BNS/AFP”-yə istinadla xəbər verir ki, bu dərc edilən rəsmi məlumatlara görə belədir.
Bu, Pekinin daxili bazarını stimullaşdırmaqda üzləşdiyi çətinliklərin açıq bir əlamətidir.
Dünyanın ikinci ən böyük iqtisadiyyatı, tarixi ixrac bumuna baxmayaraq, COVID-19 pandemiyasından qurtulmaqda çətinlik çəkir.
İqtisadçılar uzun müddətdir ki, Çinin ixrac və tikinti kimi ənənəvi iqtisadi hərəkətverici qüvvələr əvəzinə ev təsərrüfatlarının istehlak xərcləri ilə idarə olunan iqtisadi modelə keçməli olduğunu iddia edirlər.
Çində pərakəndə satış ötən ay illik müqayisədə cəmi 0,2% artıb.
Bu rəqəm, ölkənin pandemiya zamanı tətbiq edilən məhdudiyyətləri qəfil qaldırdıqdan sonra COVID-19 epidemiyası ilə üzləşdiyi 2022-ci ilin dekabr ayından bəri ən yavaş artımı təmsil edir.
Bu, “Bloomberg” iqtisadçılarının aprel ayında proqnozlaşdırdığı 2,0%-dən aşağı olub. Rəsmi məlumatlar göstərir ki, sənaye istehsalı da ötən ay gözləniləndən daha pis nəticə göstərib və mart ayında 5,7%-dən illik müqayisədə 4,1% artıb.
Almaz Həsənli



















































































