Mersindəki ov tüfəngi hücumunda ölənlərin sayı 5-ə çatıb
Mersində əvvəlcə restoranda, sonra isə digər yerlərdə nasoslu ov tüfəngi ilə hücum edən 37 yaşlı şübhəlinin əvvəlcə keçmiş həyat yoldaşını öldürdüyü məlum olub. Hadisədə ölənlərin sayı 5-ə çatıb.
Mersində 4 nəfəri öldürən və 8 nəfəri yaralayan təcavüzkarın keçmiş həyat yoldaşının qətlindən sonra ardıcıl qətllərə başladığı məlum olub. Bu, hücumlarda ölənlərin sayını beşə çatdırır.
Mersində keçmiş həyat yoldaşının qətlindən sonra bir kişi müxtəlif yerlərdə silahlı hücumlar həyata keçirib və bu da ölənlərin sayının artmasına səbəb olub. Məlumata görə, 37 yaşlı Metin O. Çamlıyayla rayonunda, Darıpınarı məhəlləsində keçmiş həyat yoldaşı Arzu Özdeni (32) güllələyərək öldürüb.
Hadisədən sonra qaçan Metin O., daha sonra 01 B 9171 nömrə nişanlı nəqliyyat vasitəsi ilə Tarsus rayonunun Kadelli Dörtler məhəlləsində Sabri Pana məxsus restorana gedərək atəş açıb. Hücum nəticəsində restoranın sahibi Sabri Pan aparıldığı xəstəxanada, işçisi Ahmet Ercan Can isə hadisə yerində ölüb. Maşınla qaçdıqdan sonra hücumçu Kaburgedigi məhəlləsində mal-qara otaran gənclərdən biri Yusuf Oktayı və daha sonra Yenimahalledəki evinin yaxınlığında yük maşını sürücüsü Abdullah Kocanı güllələyərək öldürüb. Şübhəlinin hücumları zamanı yolda olan səkkiz nəfərin yaralandığı bildirilir.
Yaralılar müalicə üçün təcili yardımla əsasən Tarsus Dövlət Xəstəxanasına aparılıblar. Hadisələrdən sonra əraziyə çoxsaylı jandarma bölmələri və tibbi qruplar göndərilib və təhlükəsizlik qüvvələri hərəkətə keçib. Qaçan şübhəlinin tutulması üçün vertolyotla əməliyyat başlandığı bildirilir.
Vəhşi qırğında öldürülənlərin cəsədləri Tarsus Dövlət Xəstəxanasının morquna aparılıb və istintaq davam edir.
Əziz Mustafa





.jpg)













































































