Ermənistan tarixdə ilk dəfə yerli istehsal silahlarını ixrac edir

Ermənistan tarixdə ilk dəfə yerli istehsal silahlarını ixrac edir

11:59
Bəyəndim (1) Bəyənmədim (0)



Yüksək Texnologiyalar Sənayesi naziri Mxitar Hayrapetyan sosial mediada bildirib ki, Ermənistan tarixdə ilk dəfə yerli dizayn edilmiş və istehsal olunmuş silahları ixrac edib.
Oxuməni.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Bir neçə milyon dollar dəyərində olan məhsullar bu ay iki fərqli ölkəyə ixrac edilib. Hayrapetyan silah növlərini və ya onları alan ölkələri açıqlamayıb.
Rəsmi şəxs əlavə edib ki, müqavilə "çoxsaylı logistika problemləri və maneələri aradan qaldırmaqla" başa çatıb və buna görə Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Xidməti, Xarici İşlər Nazirliyi və Dövlət Gəlirləri Komitəsindəki həmkarlarına təşəkkür edir.
Almaz Həsənli