Rusiya genişmiqyaslı nüvə təlimlərinə başlayıb
Nüvə təlimləri, zahirən, düşmənə qarşı çəkindirməni tətbiq etmək və iştirak edən qoşunların hazırlığını yoxlamaq məqsədi daşıyır.
Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. Qeyd edlir ki, təlimlərdən məqsəd təhlükə qarşısında nüvə qüvvələrini hazırlamaq və istifadə etməkdir.
Rusiya 64.000-dən çox şəxsi heyət, 7.800-dən çox silah, hərbi və xüsusi texnika, o cümlədən 200-dən çox raket buraxıcısı, 140-dan çox təyyarə, 73 yerüstü gəmi və səkkiz raket sualtı qayığı da daxil olmaqla 13 sualtı qayıq yerləşdirməyi planlaşdırır.
Təlimlər həmçinin Belarusda yerləşdirilən nüvə silahları ilə qarşılıqlı əlaqələri əhatə etmək üçün planlaşdırılır.
Xatırladaq ki, 18 mayda Belarusdakı hərbi hissələrin nüvə silahlarının döyüş istifadəsi və nüvə dəstəyi üzrə təlimlərə başladığı elan edilmişdi. Bundan əvvəl özünü Belarus prezidenti elan edən Aleksandr Lukaşenko ordunun müharibəyə hazırlığını elan etmişdi.
Əziz MUSTAFA














.png)




.jpg)






























































