Trampa İrana qarşı hərbi əməliyyat üçün variantlar təqdim edildi
ABŞ prezidenti Donald Tramp 18 may bazar ertəsi günü milli təhlükəsizlik qrupunun iclasını çağırıb. Axios-un Ağ Ev mənbələrinə istinadən verdiyi məlumata görə, orada ona İrana qarşı hərbi güc tətbiqi üçün variantlar təqdim edilib.
Görüş əvvəlcə 19 maya planlaşdırılırdı və bəzi administrasiya rəsmiləri İslam Respublikasına qarşı hücumların bərpası ilə bağlı qərarlar qəbul etməyə ümid edirdilər. Lakin görüş Amerika liderinin İrana qarşı yeni hücumu təxirə salmaq qərarını elan etməsindən bir neçə saat sonra baş tutub.
Görüşdə vitse-prezident J.D. Vens, dövlət katibi Marko Rubio, prezidentin xüsusi elçisi Stiv Vitkoff, Pentaqon katibi Pit Gegset, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff və digər yüksək vəzifəli administrasiya rəsmiləri iştirak ediblər.
Axios mənbələri nəşrə bildiriblər ki, "görüşdə İranla müharibədə növbəti addımlar, diplomatik səylərin vəziyyəti və ABŞ-ın İrana qarşı müxtəlif hərbi planları müzakirə olunub".
Görüşün nəticələri hələlik məlum deyil. Lakin, nəşrin məlumatına görə, görüşün keçirilməsinin özü Amerika prezidentinin hərbi əməliyyatları bərpa etməyə meylli olduğunu göstərir.
Əziz Mustafa




















.png)













.jpg)















































