Rusiya Xarici İşlər Nazirliyi: Qərb Rusiyanı Mərkəzi Asiyadan sıxışdırıb çıxarmağa çalışır

Rusiya Xarici İşlər Nazirliyi: Qərb Rusiyanı Mərkəzi Asiyadan sıxışdırıb çıxarmağa çalışır

14:11
Bəyəndim (0) Bəyənmədim (0)

Qərb Rusiyanı Mərkəzi Asiyadan sıxışdırıb çıxarmağa və Rusiyanın sərhədləri yaxınlığında öz infrastrukturunu qurmağa çalışır, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "İzvestiya"ya bildirib.

"Biz ABŞ və Avropa Birliyinin (AB) əsas nəqliyyat dəhlizləri və regionun təbii sərvətləri üzərində nəzarəti ələ keçirmək istəyini qeyd edirik. Vaşinqtonun vacib minerallar və nadir torpaq metalları üzrə sövdələşmələr üçün aktiv səylərindən narahatıq. Bu, sadəcə iqtisadi rəqabət deyil, Rusiyanı sıxışdırıb çıxarmaq və sərhədlərimizə yaxın ərazidə Qərbin nəzarətində olan infrastruktur yaratmaq cəhdidir", - diplomat bildirib.

Onun sözlərinə görə, Qərb Rusiyanın tərəfdaşlarına guya "iqtisadi şaxələndirmə" və ya "xarici təhdidlərdən qorunma" məqsədi daşıyan layihələr təklif edir. Lakin, gözəl sözlərin arxasında əməkdaşlığı və tarixi dostluğu sarsıtmaq üçün açıq bir istək var.

"Bundan əlavə, süni "Rusiya təhlükə sindromu" güclənib. Böyük Britaniya və bəzi Aİ ölkələrinin Moskvadan qaynaqlanan xəyali təhlükənin necə sistematik şəkildə təbliğ etdiyinin şahidi oluruq", - deyə Qaluzin bildirib.

Onun sözlərinə görə, bu cür hərəkətlərin məqsədi region ölkələrinin rəhbərliyini Qərbin vəd etdiyi qısamüddətli siyasi qazanclar naminə Rusiya ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıqdan imtina etməyə sövq etməkdir.

"Vurğulamaq istərdim ki, nə Rusiya, nə də Mərkəzi Asiyadakı tarixi dostlarımız və strateji tərəfdaşlarımız bu cür ssenarilərdə maraqlı deyillər. Region dövlətləri başqasının oyununda piyada olmaq istəmirlər. Biz ortaq maraqlarımızı qorumaq və Qərbin Avrasiyada geosiyasi sərgüzəştlərini davam etdirmək şansını verməyəcək inteqrasiya proseslərini inkişaf etdirmək üçün birlikdə işləməyə davam edəcəyik", - deyə Rusiya Federasiyası xarici işlər nazirinin müavini bildirib.

Əziz MUSTAFA