İsrail İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazırlaşır
İsrail hakimiyyəti İrana qarşı hərbi əməliyyatları bərpa etməkdə qərarlıdır. Lakin Təl-Əviv ABŞ prezidenti Donald Trampın güc və diplomatiya arasında dəyişən mövqeyindən narazıdır.
Oxuməni.az xəbər verir ki, bu barədə CNN İsrail hökumətindəki mənbələrə istinadən məlumat verib.
Mənbənin sözlərinə görə, İsrailin Baş naziri Benyamin Netanyahu ilə Tramp arasında çətin bir söhbət olub. İsrail liderləri Təl-Əvivin İranla məsələni güc yolu ilə həll etmək istəyini nəzərə alaraq Vaşinqtonun süründürməçiliyindən narahatlıqlarını ifadə ediblər.
CNN-in məlumatına görə, İsrail Baş naziri Trampla söhbətinin nəticəsindən məyus olduğunu bildirib və mövcud hadisələrin Tehranın xeyrinə işlədiyini qeyd edib.
Almaz Həsənli
Digər xəbərlər









































































.png)







