Bolqarıstanda bu gün  17 günlük NATO hərbi təlimləri başlayır

Bolqarıstanda bu gün 17 günlük NATO hərbi təlimləri başlayır

08:02
Bəyəndim (1) Bəyənmədim (0)

NATO-nun "Strikeback 26" təlimi 26 maydan 13 iyuna qədər Bolqarıstanda keçiriləcək.

Bolqarıstan Müdafiə Nazirliyinin məlumatına görə, bu müddət ərzində Bolqarıstan, Rumıniya, ABŞ, Türkiyə və NATO-nun çoxmillətli qrupunun quru qoşunlarının bölmələri Haskovo yaxınlığındakı Koren təlim poliqonunda döyüş atışları ilə taktiki təlim keçirəcəklər.

Hərbi polis Bolqarıstan yolları boyunca hərəkət edən NATO avadanlıqlarını müşayiət edəcək.

Əziz Mustafa