ABŞ və İsrail İran gəmilərinə zərbə endiriblər: İran hərbçiləri arasında ölənlər və yaralananlar var
ABŞ prezidenti Donald Trampın Tehranla danışıqlarda irəliləyiş elan etməsindən bir neçə saat sonra Amerika və İsrail təyyarələri Hörmüz boğazı yaxınlığında bir neçə İran gəmisinə zərbə endirib. Oxuməni.az bu barədə İranın "Nour News" agentliyinə istinadən məlumat yayıb.
Zərbələr Hörmüz boğazında Larak adasının cənubunda baş verib və bir neçə İran hərbçisi həlak olub. Zərbələrin təfərrüatları və zərərin miqyası rəsmi olaraq açıqlanmayıb. Lakin Tramp əvvəllər atəşkəsin uzadılması və Hörmüz boğazının açılması ilə bağlı danışıqların "yaxşı irəlilədiyini" bildirmişdi. Fars körfəzində yeni gərginlik Vaşinqton və Tehran arasında daha uzunmüddətli atəşkəs ümidləri fonunda baş verdi.
Dünya neft və qaz tədarükünün təxminən beşdə birinin dinc dövrdə keçdiyi Hörmüz boğazı, ABŞ və İsrailin fevral ayının sonlarında İrana hücumlarından bəri faktiki olaraq bağlanıb.
Xatırladaq ki, Mərkəzi Silahlı Qüvvələr Komandanlığı (CENTCOM) ABŞ-ın Hörmüz boğazında İranın raket buraxılış məntəqələrinə və qayıqlarına qarşı "müdafiə zərbələri" endirdiyini etiraf edib.
ABŞ razılaşma imzalanana qədər İran limanlarının blokadasını davam etdirəcək.
Əziz MUSTAFA












































.jpg)






































