Rusiya və Azərbaycan münasibətlərini gücləndirmək barədə razılığa gəliblər
Rusiya Xarici İşlər Nazirinin müavini Mixail Qaluzin, Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevlə görüşüb. Tərəflər yüksək səviyyəli gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar. Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə tərəflər iki ölkə arasındakı münasibətlərin aktual məsələləri üzrə də fikir mübadiləsi aparıb, xüsusilə ikitərəfli əməkdaşlığın vəziyyətini və perspektivlərini, o cümlədən mədəni-humanitar əlaqələrin tam həcmdə bərpasının vacibliyini müzakirə ediblər.
Bundan əlavə, Qaluzin və Mustafayev Cənubi Qafqazda və Xəzər dənizi regionunda sülhün və əməkdaşlığın möhkəmləndirilməsi üzrə fəaliyyət də daxil olmaqla, işin davam etdirilməsi barədə qarşılıqlı niyyətlərini təsdiqləyiblər.
Martın əvvəlində Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan lideri İlham Əliyev arasında telefon danışığı olub. Tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə edib, həmçinin döyüş əməliyyatlarına tezliklə son qoyulmasını və münaqişənin diplomatik yolla həllini dəstəkləyiblər.
Almaz Həsənli



.jpg)













































.jpg)

































