ABŞ Cənubi İrana zərbələr endirib
ABŞ qüvvələri İranın cənubuna "özünümüdafiə məqsədilə" zərbələr endirib. Oxuməni.az xəbər verir ki, bu barədə “Fox News” ABŞ Mərkəzi Komandanlığındakı mənbəyə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, "ABŞ qüvvələri İran qüvvələrinin təhdidlərindən hərbçilərimizi qorumaq üçün İranın cənubuna özünümüdafiə məqsədilə zərbələr endirib". Fox News jurnalisti Cennifer Qriffin sosial media platforması X-də mənbəyə istinadən bildirib.
ABŞ Mərkəzi Komandanlığının sözçüsü ABŞ-ın iki mina yerləşdirən qayığı və bir yer-hava raket sistemini məhv etdiyini aydınlaşdırıb.
İran mediası daha əvvəl İranın cənubundakı Bəndər Abbas liman şəhəri yaxınlığında partlayış səslərinin eşidildiyini bildirib.
Almaz Həsənli
Digər xəbərlər




















.jpg)










































.jpg)



















