Polşa ABŞ-dən Patriot sisteminə raket istehsalı üçün ilkin icazə alıb

Polşa ABŞ-dən Patriot sisteminə raket istehsalı üçün ilkin icazə alıb

16:19
Bəyəndim (0) Bəyənmədim (0)


Polşa ABŞ Dövlət Departamentindən Patriot sisteminə raket istehsalı üçün ilkin icazə alıb. Oxuməni.az “TASS”a istinadən xəbər verir ki, bu barədə TVN24-də müdafiə nazirinin müavini Sezari Tomçik bildirib.
"Dövlət Departamentindən Patriot sisteminə raket istehsalı üçün ilkin icazə aldıq. Onlar Polşa müdafiə sənayesi tərəfindən istehsal olunacaq. Polşada belə [istehsal] imkanlarımız var", - deyə o bildirib.
Tomçikin sözlərinə görə, bu cür raketlərin istehsalı üçün Polşa-Amerika konsorsiumu yaradıla bilər. "Həm polyaklar, həm də amerikalılar bundan faydalana bilərlər, çünki bu, birgə müəssisə ola bilər", - deyə Tomçik izah edib.
TVN24-ün məlumatına görə, Dövlət Departamentindən ilkin icazə may ayında Polşa müdafiə nazirinin müavinləri Sezari Tomçik və Pavel Zalevskinin ABŞ-a səfəri zamanı alınıb.
Kanalın məlumatına görə, sözügedən raketlər uzun mənzilli PAC-3 MSE tutucu raketləri ola bilər.
Almaz Həsənli