İsrail Qəzzada HƏMAS-ın militant qanadının yeni liderinə hücum etdi
İsrail Müdafiə Qüvvələri (İMQ) təxminən bir həftə əvvəl təyin olunmuş radikal təşkilat HƏMAS-ın militant qanadının yeni lideri Məhəmməd Odehi Qəzza şəhərində vurub. Bu barədə İsrail Baş naziri Benyamin Netanyahu məlumat verib.
"İMQ Qəzzada HƏMAS-ın hərbi qanadının yeni lideri və 7 oktyabr qırğınının təşkilatçılarından biri olan Məhəmməd Odehə hücum edib", - deyə o bildirib. Baş nazirin açıqlamaları onun ofisi tərəfindən dərc edilib.
Ofisin məlumatına görə, Odeh "7 oktyabr qırğını zamanı HƏMAS kəşfiyyatının rəhbəri vəzifəsində çalışıb və təxminən bir həftə əvvəl iki həftə əvvəl Qəzza zolağına İsrail Müdafiə Qüvvələrinin hücumu zamanı öldürülən İzzəddin əl-Həddadın yerinə təyin edilib". Ofis qeyd edib ki, "Odeh çoxsaylı İsrail vətəndaşlarının və əsgərlərinin qətli, qaçırılması və yaralanmasına görə məsuliyyət daşıyır".
Əziz Mustafa







































.jpg)











































