Pentaqon ABŞ-ın İrana qarşı zərbələri üçün yeni hədəf siyahısını tərtib edib

Pentaqon ABŞ-ın İrana qarşı zərbələri üçün yeni hədəf siyahısını tərtib edib

12:08
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ Müdafiə Nazirliyi İranda yeni potensial hədəflərin siyahısını tərtib edib.

Oxumıni.az xəbər verir ki, NBC-nin ABŞ rəsmilərinə və milli təhlükəsizlik mütəxəssislərinə istinadən verdiyi məlumata görə, bu addım Prezident Donald Trampın İslam Respublikasına qarşı hərbi zərbələri bərpa etmək qərarına gəldiyi təqdirdə nəzərdə tutulub.

Lakin qeyd edildiyi kimi, bu hədəflərin müəyyən edilməsi və məhv edilməsi xeyli çətinləşə bilər.

Kanalın hesabatında deyilir: "Pentaqon prezidentin İrana qarşı hərbi əməliyyatları bərpa etmək qərarına gəldiyi təqdirdə əlavə hədəflərin siyahısını hazırlayıb."

Mənbələr vurğulayırlar ki, bu hədəflər dəqiq zərbələr üçün daha böyük çətinlik yaradır, çünki onların aşkarlanması daha çətindir.

Almaz Həsənli