Ermənistan Silahlı Qüvvələrinin yeni gerbində ölkənin xəritəsi yerləşdirilib
Ermənistanın müdafiə naziri Suren Papikyan öz sosial şəbəkələrində respublikanın Silahlı Qüvvələrinin yeni təkmilləşdirilmiş gerbini təqdim etdiyi video yerləşdirib. Bu barədə erməni KİV-ləri məlumat yayıb.
Oxuməni.az xəbər verir ki, nazir video materialı "Facebook" sosial şəbəkəsində dərc edib.
Gerbin dəyişdirilməsinin zəruriliyi ilə bağlı səbəblər kontekstində qeyd olunur ki, 2001-ci ildə təsdiq edilmiş Ermənistan Silahlı Qüvvələrinin əvvəlki gerbində bir sıra heraldik, formal, ideoloji qüsurlar mövcud idi, buna görə də ordunun transformasiyası kontekstində gerbin təkmilləşdirilməsi və düzəliş edilməsi prosesinə də start verilib.
Yeni emblemdə, gerbin yuxarı hissəsində Ermənistan dövlət bayrağının üç rəngi və Ermənistan Respublikasının xəritəsi təsvir olunub.
Qartalın qılınc və xaçla təsviri də var, lakin qalxan üzərindəki bərabərtərəfli xaç çıxarılıb, onun yerinə başqa bir nişan qoyulub.
Almaz Həsənli




















































.jpg)





























