NASA Aya hər ay demək olar ki, pilotsuz gəmilər göndərməyi planlaşdırır
ABŞ-ın Aeronavtika və Kosmos Tədqiqatları Milli İdarəsi (NASA) 2027-ci ildə Yerin təbii peykinə demək olar ki, hər ay pilotsuz uçuş aparatları göndərməyi planlaşdırır.
Oxuməni.az xəbər verir ki, bu barədə müvafiq bəyanatı yerli FOX News telekanalında qurumun rəhbəri Cared Ayzekman verib.
Ayzekman izah edib ki, Ay missiyası çərçivəsində pilotsuz gəmilərin göndərilməsinə 2026-cı ildən başlamaq olar. Eyni zamanda, bu missiyalar Amerika Ay bazasının yerləşdirilməsinə hazırlıq məqsədi daşıyacaq.
"2027-ci ildən etibarən, Ayın cənub qütbündə Ay bazası tikərkən, dünya demək olar ki, hər ay robotlaşdırılmış enişlərə şahid olacaq," - deyə NASA rəhbəri bildirib.
Ayzekman əlavə edib ki, Ayda baza tikintisi texnologiyaları Vaşinqtona gələcək Mars ekspedisiyası üçün faydalı olacaq bacarıqları təkmilləşdirməyə imkan verəcək.
"Artemida" proqramının üçüncü mərhələsinin cari qrafikinə əsasən, amerikalı astronavtların Aya enişi 2028-ci ildə baş tutmalı, Qırmızı Planetə ilk pilotlu gəmilərin göndərilməsi isə 2030-cu illərin ortalarına təyin edilib.
Almaz Həsənli


























































.jpg)























