Kənan Yıldızın oynayacağı klub açıqladı: "Yüz faiz"
"Yuventus"un baş direktoru Damian Komolli türk futbolçusu Kənan Yıldızın gələcəyi barədə danışıb. Komolli bildirib ki, Kənan gələn mövsüm də "Yuventus"da 100% oynamağa davam edəcək.
Serie A mövsümünü gözləntilərdən aşağı başa vuran və son turlardakı nəticələrinə görə Çempionlar Liqasına vəsiqə qazana bilməyən "Yuventus"un baş direktoru Damian Komolli İtaliya mediasına sensasion açıqlamalar verib.
Komolli qeyd edib ki, "Fiorentina"ya məğlubiyyət onları Çempionlar Liqasına vəsiqə qazanmaq məqsədlərindən daha da uzaqlaşdırıb və uğursuzluğa görə məsuliyyəti öz üzərinə götürüb: "İlk dördlükdə yer almamaq bizim üçün qəbuledilməzdir. Son ana qədər mübarizə apardıq, amma fürsəti əldən verdik və azarkeşlərimizi məyus etdik. "Yuventus" həmişə zirvədə olmalıdır. Əgər buna nail ola bilməsək, harada səhv etdiyimizi dəqiq təhlil etməliyik."
Fransalı menecer yay transfer pəncərəsində "Yuventus"da ən çox danışılan adlardan biri olan Kenan Yıldızın gələcəyi barədə də açıq danışıb: "Kenan gələn mövsüm 100% komandada qalacaq. O, təkcə bugünkü "Yuventus"un deyil, həm də gələcəyin vacib bir hissəsidir. O, bizə kluba olan sadiqliyini açıq şəkildə göstərib. Biz onu çox sevirik."
Çıxışına davam edən Komolli dedi: "Bütün yarışlarda yenidən qalib komanda qurmaq istəyirik. Rəqabət çox çətin olacaq. Yuventusun məqsədi həmişə zirvədə olmaqdır."
Əziz Mustafa







































































.jpg)











