İsveç Ukraynaya bir neçə Gripen qırıcı təyyarəsi təhvil vermək niyyətindədir

İsveç Ukraynaya bir neçə Gripen qırıcı təyyarəsi təhvil vermək niyyətindədir

15:05
Bəyəndim (0) Bəyənmədim (0)

İsveç Saab tərəfindən istehsal edilən bir neçə JAS 39 Gripen C və D qırıcı təyyarəsini Ukraynaya təhvil vermək niyyətindədir. Oxuməni.az xəbər verir ki, bu barədə İsveçin “Aaftonbladet” qəzeti məlumat verib. Kiyevin alacağı təyyarələrin dəqiq sayı və nə vaxt olacağı dəqiqləşdirilməyib.

Eyni zamanda, Ukraynaya JAS 39 Gripen E qırıcı təyyarələrinin satışı ilə bağlı danışıqlara başlanacağı bildirilir. Bu, öz sinfində ən son nəsil təyyarədir: onlar daha güclü mühərriklə təchiz olunub, daha uzaq mənzilə uçuşa, müasir radar və elektron sistemlərə malikdir.

“Aftonbladet”-in məlumatına görə, Ukrayna təyyarənin alınmasını AB krediti ilə maliyyələşdirəcək.

Xatırladaq ki, 2025-ci ilin oktyabr ayında Ukrayna Prezidenti Volodimir Zelenski və İsveçin Baş naziri Ulf Kristersson 150-yə qədər JAS 39 Gripen E qırıcı təyyarəsinin alınmasını nəzərdə tutan Anlaşma Memorandumu (MOU) imzalayıblar. Proqram 10-15 il davam edəcək və təxminən 10 milyard dollara başa gələcəyi təxmin edilir.

Almaz Həsənli