PSJ-nin qələbə şənlikləri zamanı Fransada kütləvi iğtişaşlar baş verib, 40 nəfər həbs edilib

PSJ-nin qələbə şənlikləri zamanı Fransada kütləvi iğtişaşlar baş verib, 40 nəfər həbs edilib

10:19
Bəyəndim (1) Bəyənmədim (0)


PSJ-nin qələbə şənlikləri zamanı Fransada kütləvi iğtişaşlar baş verib,400-dən çox insan həbs olunub. Xuliqanlar maşınları və zibil qutularını yandırıb, mağaza vitrinlərini sındırıb və hətta polis bölməsinə basqın etməyə cəhd ediblər.
Fransada "Paris Saint-Germain"in Çempionlar Liqasındakı qələbəsinin qeyd edilməsi gecə iğtişaşlarına və hüquq-mühafizə orqanları ilə toqquşmalara çevrilib. Le Figaro xəbər verir ki, Parisdə polis 283 nəfəri həbs edib.

Qeyd olunur ki, bu hadisə ilə əlaqədar Fransada ümumilikdə 416 həbs edilib. Qeyd olunur ki, görünməmiş təhlükəsizlik tədbirlərinə və Parisdə 8000 iğtişaş polisinin (və ölkə daxilində təxminən 22000) yerləşdirilməsinə baxmayaraq, kütləvi iğtişaşların qarşısını almaq mümkün olmayıb.

Parisdə və bir sıra digər şəhərlərdə aqressiv gənclər maşınları və zibil qutularını yandırıb, mağaza vitrinlərini sındırıb və polis əməkdaşlarına atəşfəşanlıq ediblər. Yeddi polis əməkdaşı yaralanıb, onlardan biri Agendə başından ağır xəsarət alıb.

Ölkə üzrə ən azı 15 şəhərdə talan və mağaza soyğunçuluğu hadisələri qeydə alınıb. Xüsusilə, Renn şəhərində dörd, Strasburq və Qrenobl şəhərlərində isə hər birində iki talan hadisəsi qeydə alınıb. Bundan əlavə, Paris bölgəsində xuliqanlar altı avtomobilə zərər vurub, Port Sen-Klu yaxınlığındakı çörəkxananın və restoranın vitrinlərini sındırıb və 8-ci rayonda polis bölməsinə basqın etməyə cəhd ediblər.

Xatırladaq ki, şənbə günü "Arsenal" penaltilərdə PSJ-yə məğlub olub.

Əziz MUSTAFA