"Qiyamət Buzlağı"nın dağılması səbəbindən altı ölkə tamamilə yox ola bilər

"Qiyamət Buzlağı"nın dağılması səbəbindən altı ölkə tamamilə yox ola bilər

11:01
Bəyəndim (1) Bəyənmədim (0)


Daily Express (DE) qəzetinin məlumatına görə, Britaniya ilə müqayisə edilə bilən böyüklüyündə "Qiyamət Buzlağı"nın dağılması səbəbindən altı ölkə tamamilə yox olmaq təhlükəsi ilə üzləşir. Məqalədə deyilir ki, "Nəhəng bir buzlaq Antarktidadan qopmaq təhlükəsi ilə üzləşir və bəzi ölkələri tamamilə yox olmaq təhlükəsi ilə üzləşdirir".

Bu buzlaq dünyanın ən geniş buzlağıdır və qlobal dəniz səviyyələrini kəskin şəkildə dəyişdirmək potensialına görə iqlim alimləri tərəfindən izlənilir. Tamamilə əriyərsə, dəniz səviyyəsini 60 santimetr qaldıracaq qədər buz var.

"Qiyamət Buzlağı" əriyərsə, Britaniya ən çox su altında qalma riski ilə üzləşir. Bu halda, xüsusilə dəniz səviyyəsindən xeyli aşağıda yerləşən Amsterdam, Rotterdam və Haaqa şəhərləri də risk altında olacaq.

ABŞ-ın bəzi əraziləri və Banqladeşin təxminən 70 faizi (dəniz səviyyəsindən bir metrdən aşağı hündürlükdə yerləşdiyi üçün) da təhlükə altında olacaq. 2100-cü ilə qədər Maldiv adalarının 90 faizi və Tuvalunun ada dövləti su altında qala bilər.

Əziz MUSTAFA