ABŞ İranla diplomatik əlaqələri kəsmək üçün Omana təzyiq göstərir

ABŞ İranla diplomatik əlaqələri kəsmək üçün Omana təzyiq göstərir

15:43
Bəyəndim (2) Bəyənmədim (0)


ABŞ, İranla diplomatik əlaqələri kəsməyi tələb edərək, Omanı ABŞ/İsrail və İran arasındakı münaqişədə "tərəf seçməyə" məcbur edir. Oxuməni.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti adsız mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, Amerika administrasiyasının nümayəndələri Maskatdan İranla münasibətlərdən imtina etməyi və davam edən münaqişədə Vaşinqtona daha aydın dəstək verməyi tələb edirlər.
Amerika rəsmilərindən biri iddia edir ki, ABŞ, Omanın İranla birlikdə strateji əhəmiyyətli Hörmüz boğazından gəmilərin keçidi üçün ödəniş tətbiqi məsələsində İrana qoşula biləcəyi barədə yeni kəşfiyyat qiymətləndirməsi əldə etdikdən sonra, sanksiyalarla və hətta hərbi zərbələrlə təhdid edib.
Vəziyyətlə tanış olan bir mənbə bildirib ki, Oman müharibənin əvvəlindən bəri Amerika gəmiləri də daxil olmaqla müxtəlif gəmilərə naviqasiya müşayiəti, axtarış-xilasetmə xidmətləri və tibbi yardım göstərməklə dəstək olub.
Adsız Amerika və xarici rəsmilər də iddia edirlər ki, münaqişənin əvvəlində Oman ərazisi Amerika hərbçilərinə bəzi logistik yüklərin çatdırılması üçün istifadə olunub, lakin bu yardımın həcmi məhdud olub.
Bu arada, Omanın İnformasiya Nazirliyi Vaşinqtonun İranla əlaqələri kəsmək məqsədilə guya göstərdiyi təzyiqlə bağlı xəbərlərə münasibət bildirməyib.
Nazirlik yalnız vurğulayıb ki, Oman "stabilitiinin qorunması, iğtişaşların qarşısının alınması və ümumi strateji maraqların müdafiəsi" üçün ABŞ və bütün tərəfdaşlarla əməkdaşlığa hazırdır.
Almaz Həsənli