Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

10:25
Bəyəndim (1) Bəyənmədim (0)


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan telefon danışığı aparıblar. Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi X sosial media platformasında məlumat verib.
Liderlər ikitərəfli Türkiyə-Ermənistan münasibətlərinin normallaşması və regional məsələləri müzakirə ediblər.
Prezident Ərdoğan qeyd edib ki, Ankara ilə Yerevan arasında münasibətlərin normallaşdırılması prosesi davam edir və birbaşa ticarətin qurulması üçün addımlar atılır.
Türkiyənin regionda sülhün və sabitliyin təmin edilməsinə sadiq olduğunu qeyd edən dövlət başçısı Ankaranın bu istiqamətdə atılan addımları dəstəkləməyə davam edəcəyini vurğulayıb.
Söhbət zamanı Nikol Paşinyan Türkiyə liderini bu yaxınlarda keçirilən Qurban bayramı münasibətilə təbrik edib.
Almaz Həsənli