ABŞ-da repçi P. Diddy-yə qarşı yeni istintaq başlanıb

ABŞ-da repçi P. Diddy-yə qarşı yeni istintaq başlanıb

13:45
Bəyəndim (1) Bəyənmədim (0)


Los-Anceles Prokurorluğu, P. Diddy adı ilə tanınmış repçi Şon Kombs barəsində cinsi zorakılıqla bağlı yeni ittihamları araşdırır. Oxuməni.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Yeni istintaq, musiqi prodüseri Conatan Heyin müraciəti əsasında başlayıb. Hey iddia edir ki, 2020 və 2021-ci illərdə Kombs tərəfindən hücumlara məruz qalıb. İş 2025-ci ilin payızında prokurorluğa təhvil verilib.
Bu, repçinin bir kişiyə qarşı cinsi zorakılıq cəhdi ilə bağlı ilk iddiadır. KİV-lər qeyd edir ki, yeni ittihamlar Şon Kombs üçün yeni həbs cəzası ilə nəticələnə bilər. Hazırda o, 50 aylıq həbs cəzasını çəkir: ötən il repçi fahişəliyə cəlb etmək məqsədi ilə insan daşıma ittihamı ilə təqsirli bilinib.
Almaz Həsənli