Tramp Müctəba Xamenei ilə görüşün mümkünlüyünü istisna etmir
ABŞ prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında davam edən təmaslar fonunda İranın Ali Lideri Müctəba Xamenei ilə şəxsi görüşün mümkünlüyünü istisna etmədiyini bildirib.
Oxuməni.az-ın məlumatına görə, o, bu açıqlamanı "The New York Post" qəzetinin "Pod Force One" proqramına verdiyi müsahibədə verib.
Jurnalistlərə danışan Amerika lideri qeyd edib ki, əgər bu, iki ölkə arasında danışıqlar prosesini irəlilədəcəksə, gələcəkdə belə bir görüş baş tuta bilər.
Trampın sözlərinə görə, Müctəba Xamenei İran-Amerika danışıqlarında birbaşa iştirak edir. ABŞ prezidenti bu təmasların formatı barədə əlavə məlumat verməyib və ya mümkün görüşlə bağlı müzakirələrin hazırkı vəziyyətini dəqiqləşdirməyib.
Almaz Həsənli
Digər xəbərlər




















































































