Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) zabiti Yer kürəsində bir neçə yadplanetli bazasının yerini açıqlayıb
Mərkəzi Kəşfiyyat İdarəsinin (ing. Central Intelligence Agency- CIA) keçmiş zabiti Yer kürəsində gizlədildiyi iddia edilən bir neçə yadplanetli bazasının yerini açıqlayıb. Bu barədə Oxuməni.az “Daily Mail” qəzetinin məlumatına istinadən xəbər verir.
Ordu kəşfiyyat veteranı Lin Byukenen, Amerika kəşfiyyat orqanlarının paranormal qabiliyyətlərin mümkün hərbi və kəşfiyyat tətbiqlərini araşdırdığı "Ulduz Qapısı" Layihəsində iştirak edib. Layihə 1978-ci ildən 1995-ci ilə qədər davam edib və CIA-nın məxfilikdən çıxarılmış hesabatına görə, tamamilə uğursuzluqla başa çatıb.
Byukenenın sözlərinə görə, Yer kürəsində yadplanetli bazalarını ilk "görən" şəxs oxşar hökumət təcrübəsində iştirak edən keçmiş polis zabiti Pet Prays olub. İddialara görə, bu, 1973-cü ildə baş verib.
Praysın qeyd etdiyi yerlər sonradan CIA-nın 8200 layihəsinin bir hissəsi kimi öyrənilib. Bu layihə müstəqil müşahidəçilərin onun iddialarını təsdiqləyib-təsdiqləməyəcəyini müəyyən etmək məqsədi daşıyırdı. Byukenenə Alyaskadakı Heys dağı, Avstraliyadakı Zil dağı və Zimbabvedəki İnyangani dağı yaxınlığında, eləcə də İspaniya ilə Fransa sərhədindəki Pireney dağlarında yadplanetli bazalarını izləmək tapşırılıb. Paranormal qabiliyyətlərdən də bu məqsədlə istifadə edilməli idi.
Byukenen iddia edir ki, "izlədiyi" obyektlər müxtəlif məqsədlərə xidmət edirdi. Alyaska bazası kəşfiyyat məlumatları toplayırdı, Avstraliya bazası UNO-ların gəliş nöqtəsi, Zimbabve bazası isə yadplanetlilərin gəmi təmiri mərkəzi kimi fəaliyyət göstərirdi.
Bu bazaların mövcudluğuna dair təsdiqlənmiş heç bir dəlil yoxdur.
Almaz Həsənli




















































































