İsrail və Livan atəşkəs barədə razılığa gəliblər

İsrail və Livan atəşkəs barədə razılığa gəliblər

11:54
Bəyəndim (1) Bəyənmədim (0)


İsrail və Livan ABŞ-ın vasitəçiliyi ilə atəşkəs barədə razılığa gəliblər. Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Razılaşma Vaşinqtonda İsrail və Livan rəsmiləri arasında iki günlük danışıqların nəticəsi olub.
Birgə bəyanatda vurğulanıb ki, razılaşmanın şərtlərinə əsasən, İranın dəstəklədiyi “Hizbullah” qrupu atəşi dayandırmalı və cənubi Livandan, sərhəddən Litani çayına qədər geri çəkilməlidir.
Tərəflər razılığa gəliblər ki, "İsrail və Livan arasındakı münasibətlərin gələcəyi iki ölkənin suveren hökumətləri tərəfindən müəyyən edilməlidir". İsrail və Livan həmçinin "bir-birinə qarşı düşmənçilik niyyətlərinin olmadığını" təsdiqləyib və birbaşa danışıqları davam etdirəcəklərinə söz veriblər. Livan və İsrailin bu danışıqlara 22 iyun həftəsi ərzində başlaması planlaşdırılır.
Almaz Həsənli