İngiltərə milli komandasının təlim düşərgəsi yaxınlığında atışma: Doqquz nəfər yaralanıb

İngiltərə milli komandasının təlim düşərgəsi yaxınlığında atışma: Doqquz nəfər yaralanıb

15:18
Bəyəndim (1) Bəyənmədim (0)


9 iyun çərşənbə axşamı gecəsi, 2026-cı il Dünya Kuboku üçün İngiltərə milli komandasının təlim düşərgəsinin yaxınlığında, Kanzas Sitidə atışma baş verib.
The Athlete-dən olan mənbəyə görə, hadisə nəticəsində doqquz nəfər yaralanıb. Bütün qurbanlar xəstəxanaya yerləşdirilib və hazırda təhlükə altında deyillər.

Lakin hücum edən hələ saxlanılmayıb və bu da Dünya Kuboku zamanı "Üç Aslan"ın təlim-məşq düşərgəsində gücləndirilmiş təhlükəsizlik tədbirlərinin tətbiqinə səbəb olub. Bu tədbirlərə çoxqatlı müdafiə, silahlı mühafizəçilər və anti-dron sistemləri də daxildir.

Onu da qeyd etmək lazımdır ki, hadisə baş verən zaman İngiltərə komandası təlim-məşq düşərgəsi üçün Floridada idi və Kosta Rika ilə yoldaşlıq oyunundan sonra Kanzas-Sitiyə gəlməli deyildi.

Əziz MUSTAFA