Pentaqon Çinin Alibaba, Baidu və BYD şirkətlərini "qara siyahıya" salıb
Pentaqon tərəfindən Çin Xalq Respublikası ordusuna yardım edən Çin şirkətlərinin yenilənmiş siyahısında internet-pərakəndə satıcısı Alibaba, axtarış sistemi Baidu və elektrikli avtomobil istehsalçısı BYD yer alıb.
Oxuməni.az xəbər verir ki, bu barədə BNS/AFP məlumat yayıb.
Yeni siyahı, fevral ayında ABŞ Müdafiə Nazirliyi tərəfindən dərc olunan və daha sonra səbəbi izah edilmədən silinən analoji siyahıya təxminən uyğundur. Lakin, əvvəllər siyahıdan çıxarılmış iki Çin mikroçip istehsalçısı “ChangXin Memory Technologies” və “Yangtze Memory Technologies” yenidən siyahıya daxil edilib.
ABŞ Konqresində xatırladılıb ki, bu siyahı Amerika şirkətləri və rəsmiləri üçün bu cür şirkətlərlə iş aparmamaq barədə bir xəbərdarlıqdır. Siyahıya düşmək birbaşa hüquqi nəticələr doğurmasa da, bu, konkret xarici müəssisələrə qarşı daha sərt tədbirlərin tətbiqinə hazırlıq addımı kimi qəbul edilir.
Alibaba özünün siyahıya daxil edilməsini səhv adlandırıb və məhkəməyə müraciət etməklə hədələyib. Çində ən populyar axtarış sistemi olan Baidu da kəskin tənqidlə çıxış edib.
AFP agentliyi qeyd edib ki, siyahı ABŞ prezidenti Donald Trampın Çinə səfərindən bir neçə həftə sonra dərc olunub. Bu səfər zamanı hər iki tərəf ikitərəfli münasibətlərin sabitləşdirilməsi barədə razılığa gəlməyə çalışıb. Belə bir addım Vaşinqton və Pekin arasındakı gərginliyi yenidən artırmaq riski daşıyır.
Almaz Həsənli


















































































