NASA "Artemis-3" Ay missiyasının heyətini açıqladı
Amerika Kosmik Agentliyi NASA, "Artemis-3" Ay missiyasının heyətini təşkil edəcək dörd astronavtın adlarını açıqlayıb. Aya amerikalılar Andre Duqlas, Frenk Rubio və Rendy Bresnik, eləcə də italyan Luka Parmitano gedəcəklər. Oxuməni.az xəbər verir ki, adların elanı çərşənbə axşamı, Hyustondakı Conson Kosmik Mərkəzində baş tutub.
Daha əvvəl Avropa Kosmik Agentliyi (ESA) NASA-nın Ay missiyasında ilk Avropalı astronavtın alman olacağını bildirmişdi. ESA-nın rəhbəri Yozef Aşbaxer alman agentliyi dpa-ya verdiyi açıqlamada Parmitano-nun seçilməsində NASA-nın tələblərinin həlledici rol oynadığını qeyd edib. "Onlar xüsusilə test-pilot axtarırdılar və bizim astronavt korpusumuzda yalnız bir test-pilot var - bu da Luka Parmitano-dur," - dedi.
İlkin olaraq "Artemis-3" missiyası Aya enişi nəzərdə tuturdu, lakin 2026-cı ilin fevralında NASA astronavtların Yer ətrafında aşağı orbitdə qalacağını və SpaceX və Blue Origin şirkətlərinin Ay eniş modulları ilə birləşmə həyata keçirəcəklərini bildirib.
"Artemis-3" missiyasının startı 2027-ci il üçün planlaşdırılıb, Aya pilotlu eniş isə hələlik 2028-ci ilə təxirə salınıb.
Daha əvvəl "Orion" kosmik gəmisi "Artemis-2" missiyası çərçivəsində Ayı dövrə vurmuşdu. Bu missiya zamanı insanlığın Yer planetindən uzaqlığı üzrə yeni rekord qırıldı - astronavtlar planetimizdən 407 000 km məsafədə idilər.
Almaz Həsənli

















.jpg)

































































