"Google Tərcüməçi" Gemini 3.5 sayəsində fasiləsiz nitq tərcüməsinə nail olub
Google, real vaxt rejimində nitqin tərcüməsi üçün nəzərdə tutulmuş Gemini 3.5 Live Translate adlı audio modelini təqdim edib. Şirkətin bloqunda bildirildiyi kimi, bu həll artıq Android və iOS üçün "Google Tərcüməçi"yə inteqrasiya olunub və həmçinin Google Meet və Google AI Studio xidmətlərində də mövcuddur. Oxuməni.az xəbər verir ki, bu barədə şirkətin bloqunda bildirilir.
Yeni model 70-dən çox dili dəstəkləyir və danışanın intonasiyasını, nitq tempini və səsinin xüsusiyyətlərini qoruyaraq təbii audio tərcümə yarada bilir. Tərcümə etməzdən əvvəl cümlənin bitməsini gözləyən ənənəvi sistemlərdən fərqli olaraq, Gemini 3.5 Live Translate real vaxt rejimində fasiləsiz işləyir.
Yeni texnologiya, məsələn, xarici dildəki ekskursiyaların, mühazirələrin və ya çıxışların tərcüməsini demək olar ki, heç bir gecikmə olmadan dinləməyə imkan verir. Mobil tətbiq üçün Google həmçinin smartfonun dinamiki vasitəsilə tərcümə almağa imkan verən "dinləmə" rejimini də təqdim edib.
Tərcüməçi Google-un korporativ xidməti olan Google Meet-də də işləməyə başlayıb. İlk mərhələdə ona Google Workspace abunəçilərinin müəyyən kateqoriyaları daxil ola biləcək. Əsas yeniliklərdən biri çoxdilli video konfransların dəstəklənməsi olub: sistem bir neçə dilin danışıqlarını eyni anda tərcümə edə bilir, halbuki əvvəllər xidmətin imkanları əsasən ingilis dilindən və ya ingilis dilinə tərcüməyə yönəlmişdi.
Bundan əlavə, Google Gemini Live API və Google AI Studio platforması vasitəsilə Gemini 3.5 Live Translate-ə developerlər üçün də çıxış imkanı yaradıb. Hazırda alət ilkin sınaq rejimində mövcuddur.
Almaz Həsənli

.jpg)




















.jpg)




























































