KTMT –də Ermənistanı təşkilatdan çıxarma məsələsinə baxılacaq

KTMT –də Ermənistanı təşkilatdan çıxarma məsələsinə baxılacaq

15:24
Bəyəndim (1) Bəyənmədim (0)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurası, üzvlük haqlarının ödənilməməsi səbəbindən Ermənistanın təşkilatdan çıxarılması imkanını müzakirə edəcək. Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov tədbirin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib. Tədbirin translyasiyası nazirliyin YouTube kanalında yayımlanıb.

"Biz bu gün bu məsələni müzakirə etdik. Ermənistanın KTMT büdcəsinə olan borcu artıq iki ildən çoxdur ki, mövcuddur. Bu, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Nizamnaməsində nəzərdə tutulmuş bir vəziyyətdir. Bu gün biz KTMT Nizamnaməsinin müvafiq maddəsinin tətbiqinə baxmaq barədə razılığa gəldik", - deyə diplomat bildirib.

KTMT Nizamnaməsinə əsasən, əgər üzv dövlət iki il ərzində təşkilatın büdcəsinə olan borclarını ödəmirsə, Kollektiv Təhlükəsizlik Şurası onun kvota yerlərinə namizəd irəli sürmək hüququnu dayandırır və borc tam ödənənə qədər səsvermə hüququndan məhrum edir. Sistemli pozuntu halında ölkə təşkilatdan çıxarıla bilər və ya şura fəaliyyətində iştirakı məhdudlaşdırıla bilər. Bu qərar onun səsi nəzərə alınmadan qəbul edilir.

Almaz Həsənli