ABŞ-ın Alabama ştatında hakim edam cəzası zamanı azot qazından istifadə edilməsinə icazə verməyib
.
Alabama ştatında məhbusun azot qazından istifadə edərək edam cəzasını "qəddar və qeyri-adi cəza" hesab edən federal hakim edamı dayandırıb. Qərar yalnız azot qazı metodunu bloklayır.
ABŞ-da federal hakim Alabama ştatında məhbusun azot qazından istifadə edərək edam cəzasını dayandırıb və bunun "qəddar və qeyri-adi cəza"ya dair konstitusiya qadağasını pozduğunu bildirib. Federal hakim Emili Marks 49 yaşlı məhbus Ceffri Linin azot qazından istifadə edərək edam edilməsinin qarşısını alıb.
Marks azot qazı ilə edam cəzasının Konstitusiyaya əsasən "qəddar və qeyri-adi cəza" təşkil etdiyini bildirib və qeyd edib ki, qərar yalnız Linin azot qazı ilə edam cəzasının qarşısını alır, bu cəza ölümcül inyeksiya və ya elektrik stul vasitəsilə həyata keçirilə bilərdi.
Bu qərar, 2024-cü ildən bəri Alabama ştatında istifadə edilən edam üsulu olan azot qazının istifadəsini qadağan edir. Bu edam üsulunda məhbusun üzünə xüsusi tənəffüs maskası taxılır və azot qazı əlavə olunur. Məhbus oksigen çatışmazlığından ölür.
Bu günə qədər ABŞ-da səkkiz edamda azot qazından istifadə edilib. Linin azot qazı ilə edam edilən doqquzuncu şəxs olması planlaşdırılırdı.
Əziz MUSTAFA




.jpg)
























.jpg)





















































