Suriya Prezidenti: Trampın Dəməşqin "Hizbullah"la mübarizədəki rolu barədə sözləri səhv başa düşülüb

Suriya Prezidenti: Trampın Dəməşqin "Hizbullah"la mübarizədəki rolu barədə sözləri səhv başa düşülüb

12:11
Bəyəndim (1) Bəyənmədim (0)


Suriya Prezidenti Əhməd əş-Şaraa bazar günü ABŞ Prezidenti Donald Trampın son günlərdə bir neçə dəfə İsrailin "Hizbullah"a qarşı hərəkətlərindən narazılığını ifadə etməsi və Suriyanın "bu problemi həll etməsinə" imkan vermək barədə düşündüyünü bildirməsi ilə bağlı açıqlamalarına münasibət bildirib. Əhməd əş-Şaraanın fikrincə, Ağ Ev rəhbərinin sözləri səhv başa düşülüb.
Oxuməni.az xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat verib.
"Prezident Tramp Livandakı vəziyyətdən narahatlığını ifadə edib və orada müharibəni dayandırmağa çalışır. O, Suriyanın təhlükəsiz həll yolu tapmaqda rolundan danışıb, lakin onun bəyanatı səhvən Suriyanın sabah səhər Livana hücum etməyə hazırlaşdığı kimi qəbul edilib", - deyə Suriya lideri bildirib.
Əhməd əş-Şaraa vurğulayıb ki, Suriya qonşu ölkənin sabitliyində maraqlıdır.
"Suriya Livanın təhlükəsizliyi və sabitliyindən çox narahatdır, çünki onlar Suriyanın təhlükəsizliyi və sabitliyi ilə birbaşa bağlıdır. Livandakı qütbləşmə həll yolları tapmaq imkanlarını məhdudlaşdırıb. Dövlətdən kənar silahlı qüvvələrin fəaliyyət göstərdiyi ərazidə heç bir ölkə normal şəkildə tikilə və inkişaf edə bilməz. Biz hər gün livanlılara əlimizi uzadır, vəziyyətdən çıxış yolu tapmağa kömək etməyə çalışırıq", - deyə o qeyd edib.
Suriya Prezidenti həmçinin Dəməşqin "Hizbullah"la ciddi fikir ayrılıqları olduğunu bildirib.
"Bizim "Hizbullah"la dərin problemimiz var, lakin biz istəmirik ki, buna görə bütün Livan məhv olsun. Ölkə vətəndaş müharibəsi ilə İsraillə müharibə arasında seçimdə girov qala bilməz. Livan şiələri yeni qorxular və münaqişələr deyil, sakitlik və təhlükəsizlik istəyirlər", - deyə əş-Şaraa qeyd edib.
Şərhlərə səbəb olan Trampın 16 iyun 2026-cı il tarixində G7 sammitində etdiyi açıqlamalar olub. Livanda gərginliyin artması halında İranla razılaşmanın qüvvədə olub-olmayacağı sualına cavab verən ABŞ prezidenti, "Hizbullah"la münaqişəni İranla qarşıdurma ilə müqayisədə "kiçik müharibə" hesab etdiyini bildirib.
"İran əsas məsələ idi. Lakin bizdə yenidən özünü göstərən eyni kiçik problem qalır - "Hizbullah"", - deyə Tramp bildirib.
Bundan sonra ABŞ prezidenti qəfil olaraq "Hizbullah"la mübarizəni Suriyaya həvalə etməyi təklif edib.
"Suriyada baş verənlərə böyük təsir göstərmişəm və ölkənin hazırkı lideri prezident Ərdoğan və digərləri ilə birlikdə hakimiyyətə gətirməyimə kömək etdiyim şəxsdir. O, ölkəni birləşdirmək üçün fantastik iş görüb və Hizbullaha qarşı çox sərt davranır. Onları sevmir", - deyə Tramp bildirib.
Amerika prezidenti əlavə edib ki, İsrail “Hizbullah”la çox uzun müddətdir ki, mübarizə aparır və bu müharibə çoxlu insanın həyatına başa gəlir.
21 iyun 2026-cı ildə Fox News-a verdiyi müsahibədə Amerika prezidenti tənqidlərini təkrarlayıb. O, İsrailin “Hizbullah”ı "yerindən tərpədə " bilməməsindən məyus olduğunu bildirib, yenidən SAXAL-ın əməliyyatları zamanı binaların dağıdılmasını tənqid edib və Əhməd əş-Şaraanın səlahiyyətlərini genişləndirməyə və Suriya qüvvələrinin “Hizbullah”la döyüşmək üçün cənubi Livana girməsinə icazə verməyə yaxın olduğunu bildirib.
Almaz Həsənli