Moskva-Omsk təyyarəsində qayçı ilə sərnişinlərə hücum edən şəxs ölüb

Moskva-Omsk təyyarəsində qayçı ilə sərnişinlərə hücum edən şəxs ölüb

14:12
Bəyəndim (1) Bəyənmədim (0)


Moskva-Omsk reysi ilə uçan sərnişinlərə qayçı ilə hücum edərək pilotların kabinəsinə girməyə çalışan kişi təyyarənin göyərtəsində ölüb. Oxuməni.az xəbər verir ki, bu barədə iyunun 22-də “İzvestiya”nın mənbəsi bildirib .

Hadisə iyunun 21-də baş verib. Dava salan şəxs 37 yaşlı kişi olub. “İzvestiya”nın mənbəsinin sözlərinə görə, o, kabin ətrafında qaçıb və özünü aqressiv aparıb.

"Uçuş zamanı o, qayçı çıxararaq sərnişinlərə hücum edib, sonra isə pilotun kabinəsinə girməyə cəhd edib", - mənbə bildirib.

Onu sərnişinlərin köməyi ilə zərərsizləşdirərək oturacağa bağlayıblar. Bundan sonra sərnişin sakitləşib və onun bağlandığı ipi açıblar. Bununla belə, mənbə iddia edir ki, kişi huşunu itirib və ölüb. Ölümün səbəbləri dəqiqləşdirilməyib. Qeyd edək ki, bu son günlərdə baş verən ilk hadisə deyil.
Bir gün əvvəl “İzvestiya”nın mənbəsi Airbus A-320 təyyarəsinin göyərtəsində insident baş verdiyini bildirib. Qəddar sərnişin ekipaj üzvlərinə hücum edərək pilotlarla birlikdə kabinəyə girməyə çalışıb. Təyyarə Omsk hava limanına enəndən sonra həmin şəxs saxlanılaraq hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən həbs edilib.

Əziz MUSTAFA