Ermənistandan Moskvaya uçan təyyarə Mahaçqalada təcili eniş edib
Ermənistandan Rusiyaya uçan sərnişin təyyarəsinin planlaşdırılmamış enişi salonun dekompressiya sensorunun işə düşməsi səbəbindən baş verib. Oxuməni.az xəbər verir ki, bu barədə "Shot" Telegram kanalı məlumat yayıb.
Hadisə iyunun 22-də Gümrü - Moskva reysini yerinə yetirən "Pobeda" aviaşirkətinə məxsus təyyarədə baş verib. Uçuşdan 50 dəqiqə sonra pilot kabinəsində sensor işə düşüb. Bu zaman təyyarə Dağıstan üzərində olub.
Boeing 737-800 təyyarəsinin heyəti təcili yardım siqnalı verərək hava gəmisini Mahaçqala hava limanına istiqamətləndirib. Eniş uğurla başa çatıb. Sərnişinləri Rusiya paytaxtına ehtiyat təyyarəsinin daşıyacağı dəqiqləşdirilir. Təxmini uçuş vaxtı Bakı vaxtı ilə saat 17:00-dır.
Almaz Həsənli
Digər xəbərlər




















































































