Kuba Ramiro Valdez Menendezin vəfatından sonra milli matəm elan etdi

Kuba Ramiro Valdez Menendezin vəfatından sonra milli matəm elan etdi

10:01
Bəyəndim (1) Bəyənmədim (0)

Kuba Prezidenti Migel Dias-Kanel 23 iyunda Fidel və Raul Kastronun dostu və yoldaşı, məşhur Kuba inqilabçısı Ramiro Valdez Menendezin vəfatı ilə əlaqədar milli matəm elan etdi.

Rəsmi Cubadebate portalının məlumatına görə, matəm müddəti səhər saat 6:00-dan (Bakı vaxtı ilə 14:00) 23 iyun saat 00:00-dək (Bakı vaxtı ilə 24 iyun saat 08:00) davam edəcək. Karib respublikasının Prezidenti milli matəm dövründə ölkə daxilində hökumət binalarında dövlət bayraqlarının yarıya endirilməsini əmr etdi.

Kuba İnqilabının liderləri Fidel və Raul Kastro ilə Kubadakı inqilabi proses boyunca, o cümlədən 1953-cü ildə Santyaqo-de-Kubadakı əfsanəvi Monkada kazarmalarına basqında iştirak etməklə yanaşı, onları müşayiət edən Valdez Menendez 21 iyunda 94 yaşında vəfat etdi. O, illər ərzində hökumətdə və Kuba Kommunist Partiyasında rəhbər vəzifələrdə çalışmış və 2009-cu ildən bəri Karib respublikasının Baş nazirinin müavini vəzifəsində çalışmışdır. Kuba inqilabçısı son günlərinə qədər Kubanın müxtəlif şəhərlərində genişmiqyaslı nümayişlərdə iştirak etmiş, Raul Kastro ilə birlikdə ictimaiyyət qarşısına çıxmışdır. Valdez Menendez Kuba Respublikasının Qəhrəmanı və Kuba Respublikasının Əmək Qəhrəmanıdır.

Valdes Menendezin rəsmi vida mərasimi 23 iyunda Kuba İnqilabi Silahlı Qüvvələr Nazirliyinin binasında keçiriləcək.

Əziz Mustafa