Tramp ABŞ-ın NATO-ya 600 milyard dollar xərcləməsini dəlilik adlandırıb
ABŞ-ın NATO-ya töhfələri çox böyükdür. Oxuməni.az “TASS”a istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Avropa ölkələrinin İranla müharibədə yardım göstərməkdən imtina etmək qərarını şərh edərkən deyib.
"Deməli, biz bütün bu pulları xərcləmişik - yəqin ki, 600... Düşünürəm ki, ildə 600 milyard dollar xərcləmişik, elə deyilmi? Bir düşünün: NATO-ya xərclədiyimiz pulun miqdarı dəlilikdir və bu, bizə kömək etməyib", - deyə o, Ağ Evdə jurnalistlərə bildirib.
Amerika liderinin sözlərinə görə, ABŞ "kiçik işlərdə" yardım ala bilmədiyi üçün onu verməkdən imtina etmək hüququna malikdir.
Almaz Həsənli
Digər xəbərlər




















































































