ABŞ İran sahillərində Ərəbistan dənizinə idarə olunan raket kreyseri yerləşdirib
ABŞ Hərbi Dəniz Qüvvələri idarə olunan raket kreyseri USS Princeton-u İranın cənub-şərqində Ərəbistan dənizinə yerləşdirib. Bu barədə ABŞ Hərbi Dəniz İnstitutu məlumat verib.
Mərkəzi Komandanlığın Yaxın Şərq (CENTCOM) dəniz qrupuna qoşulan gəmi, 1600 km mənzilli 26 Tomahawk kruiz raketi, 16 ASROC sualtı qayıq əleyhinə idarə olunan raket və 80 Standard-II və -III yer-hava raketi - cəmi 122 raket daşıya bilir.
İrana qarşı hərbi əməliyyat zamanı CENTCOM-un belə güclü bir döyüş gəmisi yox idi.
ABŞ və İran arasında memorandumun imzalanmasına baxmayaraq, ABŞ Hərbi Dəniz Qüvvələrinin böyük bir qrupu Ərəbistan dənizində qalır. Buraya birlikdə 100-dən çox qırıcı daşıyan iki təyyarədaşıyan gəmi, bir kreyser, 13 idarə olunan raket esminesi və dəniz ekspedisiya batalyonunu daşıyan dörd böyük amfibiya gəmisi daxildir.
Bir gün əvvəl CENTCOM bildirib ki, "Amerika qüvvələri bölgədə havada, quruda və dənizdə mövcudluğunu davam etdirir".
Xatırladaq ki, İran 20 iyunda Hörmüz boğazının bütün gəmiçilik üçün bağlandığını elan etdi. Tehran bu addımın ABŞ və İsrail arasında atəşkəs razılaşmasının pozulması olduğunu iddia edib.
Əziz Mustafa



















































































