ABŞ Çindən robotların tədarükünə məhdudiyyətləri gücləndirəcək
ABŞ Ticarət Nazirliyi milli təhlükəsizlik sahəsində yaranan təhdidlər səbəbindən Çindən robototexnika idxalına yeni məhdudiyyətlər tətbiq etməyi planlaşdırır. Oxuməni.az “Politico” qəzetiniə istinadən xəbər verir ki, ABŞ administrasiyası robotlaşdırılmış silahlar sahəsində silahlanma yarışının baş verəcəyini proqnozlaşdırır.
Məlumatlara görə, Ticarət Nazirliyi hazırda Çin hökumətindən subsidiyalar alan həmin Çin robot istehsalçılarının məhsullarını qiymətləndirir. ABŞ administrasiyası Çin hakimiyyətinin bu sahəni dəstəkləməsini milli təhlükəsizlik üçün təhdid kimi qiymətləndirir, çünki "subsidiya alan Çin robotları ABŞ istehsalçıları rəqabət aparmaq üçün lazım olan istehsal həcminə çatmamış dünya bazarlarını ələ keçirə bilər".
Qəzetin mənbələrinin bildirdiyinə görə, ABŞ hakimiyyətinin gözündə süni intellekt texnologiyaları üçün çiplərlə yanaşı, robototexnika Çinlə texnoloji rəqabətdə "növbəti döyüş meydanı"na çevrilib.
Politico mənbələri bildirir ki, ABŞ Ticarət Naziri Hovard Latnik robotların hazırlanması ilə məşğul olan aparıcı Amerika şirkətlərinin və maliyyə institutlarının nümayəndələri ilə görüş keçirib. Onların arasında SpaceX, Boston Dynamics, Siemens, Rockwell Automation şirkətlərinin, eləcə də JPMorgan Chase və Goldman Sachs banklarının nümayəndələri olub.
Qəzetin bir mənbəsinin sözlərinə görə, Latnik "robotlaşdırılmış silahların dövrünün başladığını" bildirib və robototexnikanın inkişafını yeni silahlanma yarışına bənzədib.
Almaz Həsənli


















































































